"Ölkəmizin gəncləri və idmançıları, Bir ay əvvəl gənclər və idman naziri təyin olundum. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin mənə göstərdiyi yüksək etimaddır. Təyinatım zamanı Prezidentin verdiyi tapşırıq və tövsiyyələrin həyata keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur".
Qol.az Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu fikirləri nazir Fərid Qayıbov təyinatının bir ayı ilə bağlı danışarkən deyib.
O, təyinatın hər iki sahədə yeni mərhələnin başlanğıcına təsadüf etdiyini bildirib: "İdmanda demək olar ki, həmişə Olimpiya Oyunlarının nəticələri yeni mərhələnin başlanmasını əlaqələndirir. Bu qlobal yarışlar obyektiv olaraq təkcə yüksək nəticəli idman növlərində deyil, həm də kütləvi idmanda mövcud olan qüsur, səhv və çatışmazlıqları üzə çıxarır. Təbii ki, olimpiada güclü tərəflərimizi də göstərir. İdman bu gün böyük bir sənaye və təhsil, strategiya və kadr, təşkilatı-hüquqi və maliyyə-təsərrüfat məsələləridir. Yalnız düzgün qurulmuş əlaqələr davamlı müvəffəqiyyətlə nəticələnə bilər".

Qayıbovun fikrincə, gənclər siyasətinin yeni mərhələsi qloballaşma və Qarabağın təxminən 30 illik işğaldan azad olunması ilə müəyyən edilir: "Bölgədə baş vermiş geosiyasi dəyişikliklər bu andan etibarən və tarix boyunca gənclərin tərbiyəsi, mənəviyatı, uğuru, mübarizliyi, milli qüruru və vətənpərvərliyi üçün əsas olacaq. Yeni mərhələ yalnız prioritetlər deyil, həm də iş prosesinin özünün yenidən qurulması ilə bağlıdır. Gənclərin və idmançıların maraqları naminə çalışmaq - insan kapitalını artıran sistemli iş qurmaq deməkdir. Hər bir sahədə olduğu kimi, gənclər və idman siyasətlərində də islahatlara ehtiyac duyulur. Vəziyyəti səciyyələndirən göstəricilərin sistemli şəkildə toplanmasına, ekspert və müqayisəli təhlillərə diqqət göstəriləcək. İndi çoxlu sayda görüşlər keçiririk ki, onlar təkcə mütərəqqi deyil, həm də obyektiv qərarlar qəbul etməyə kömək edəcək".

Nazir ay ərzində bir sıra idman federasiyalarında qonaq olduğunu xatırladıb: "Ən kütləvi gənclər ictimai təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri ilə görüşdük. Xaricə iş səfərlərim zamanı ölkənin bir qrup gənc sahibkarları ilə tanış oldum. Türk Şurası çərçivəsində “Çoxtərəfli Gənclər Mübadiləsi Proqramı” adlı yeni təşəbbüsə başladıq. İstanbulda keçirilmiş "Texnofest-2021"də iştirak gənclərimizin innovativ elmi və texniki yaradıcılığını dəstəkləyəmək üçün əhəmiyyətli idi. Görüşlərimiz həm vəziyyəti öyrənmək, həm də kadr potensialını və ehtiyatları qiymətləndirmək məqsədi daşıyır. Artıq söyləmişəm və təkrar etmək istəyirəm ki, qərarlar yeniliklər və təcrübə balansını saxlamaqla birlikdə veriləcək".
Qayıbov bundan əlavə, Avropa Gimnastikasının prezidenti kimi vəzifələrimi yerinə yetirməyə davam etdiyini vurğulayıb. Onun fikrincə, hər iki vəzifə görüləcək işlər haqqında anlayışını artırır, alətlərlə zənginləşdirir və səmərəliliyi yüksəldir: "Əminəm ki, rasional yanaşma səmərəli idarəetmə və davamlı nəticələr üçün yaxşı zəmin olacaq".
Nazir bildirib ki, siyasi, sosial-iqtisadi sahədə son zamanlar əldə edilən nailiyətlər fonunda gənclərin şüurunda əhəmiyyətli dəyişikliklər baş verir: "Kütləvi bədən tərbiyəsi və idmanda da müasir yanaşma tətbiq edilməlidir. Çətinlikləri bilir, problemləri, səbəblərini, əlaqələrini və təsirlərini təyin edirik. Veriləcək qərarlar və əməli hərəkətlər məntiqli, sağlam, başa düşülən, dəstəklənən və məsuliyyətli olacaq".
Yuxarı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi