"Azərbaycan millisini məğlub etmək çox vacibdir" - Serbiyalı futbolçu

"Azərbaycan millisini məğlub etmək çox vacibdir" - Serbiyalı futbolçu
XƏBƏR 6 Oktyabr 2021 / 16:30 1740
-  A +

"Komandamız əla formadadır. Bu səbəbdən Lüksemburq və Azərbaycanla oyunlarda büdrəyəcəyimizi düşünmürəm".

Qol.az xəbər verir ki, bu sözləri Serbiya millisinin sabiq futboçusu Antonio Rukavina DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri oyunlar haqda danışarkən deyib.

"Astana"nın (Qazaxıstan) müdafiəçisi "Zurnal" nəşrinə müsahbəsində İrlandiya ilə 1:1 hesablı heç-heçə etdiklərinə görə təəsüfləndiklərini bildirib: "Bu, sürpriz nəticə idi. Daha güclü olduğumuz rəqiblərə qalib gəlməli, önəmli görüşlərdə isə uduzmamalıyıq. Lüksemburq və Azərbaycanı məğlub etmək sonuncu turda Portuqaliya ilə qarşılaşmaya yaxşı əhval-ruhiyyədə yollanmaq üçün çox vacibdir”.

Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi oktyabrın 12-də Azərbaycanı qəbul edəcək.


Son xəbərlər
topaz banner