Tanınmış vəkil Aslan İsmayılov AFFA-nın onu məhkəməyə verdiyini açıqlayıb.
Qol.az xəbər verir ki, o, bu barədə özünün Feysbuk səhifəsindəki paylaşımında bildirib.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov rəsmi qaydada məhkəməyə verib.
E.Məmmədov 27 sentyabr 2021-ci il tarixdə "AFFA-da yeyintilər var" deyib guya onlara böhtan atdığıma görə məni məhkəməyə verib cəzalandırılmağımı tələb edir. Sən demə Ermənistanın 89-cu, Mozambikin 116-cı olduğu FIFA reytinqində Azərbaycanı 117-ci pilləyə salan qurumun işgüzar nüfuzuna xələl gətirmişəm" - deyə o qeyd edib.
A.İsmayılov daha sonra yazıb: "E.Məmmədovu “şur götürüb”, yaxud Leninin yazısında olan kimi futboldakı “uğurlarından baş gicəllənməsi baş verib” deyə bilmirəm. Onu bilirəm ki, bu insan ünvanı, zamanı və məkanı tam dəyişik salıb. Belə olmasa Azərbaycan futbolunun bugünkü rəzil durumunda, başçılıq etdiyi qurumlarda baş verənləri bütün ölkənin bildiyi vaxtı, 1 milyon aktiv futbol azarkeşinin bunun fəaliyyətindən narazı olduğu zamanda sakitcə oturub gözə görünməməyə, dilə düşməməyə çalışardı. Amma bir əmma da var. 27 yaşında, futboldan xəbəri olmayan birisini o cür məsuliyyətli bir vəzifəyə təyin edəndə, əlbəttə beləsi özünü əlahiddə, toxunulmaz bir şəxs hesab edəcək!
Açığı, ilin günün bu vaxtında belələrinə baş qoşmaq istəməzdim. Ancaq indi məcburam və döyüşü qəbul edirəm. Onsuz da ömrüm mübarizələrdə keçib, R.Mehdiyev-Ə.Həsənov cütlüyü 3 dəfə məhkum etdirib, yeganə peşəm olan vəkilliyimi belə əlimdən alıblar. Yaşım 63-ü kiçib. 64 yaşımda 4-cü məhkumluğu yaşamağa da hazıram.
Bircə halı diqqətinizə çatdırım ki, əgər yalan yazmışdımsa nə üçün yazım dərc olunandan 3 saat sonra AFFA-nın tabeliyində olan qurum təcili banka müraciət edib borclu olduğu fəhlə haqqının təcili köçürülməsini xahiş etdi. Bu günə qədər gözə görünməyən E.Məmmədov yenə həmin yazıdan sonra necə oldu ki, hər gün gah Tovuzda, gah Lənkəranda kameralar önündə top qovalamağa başladı.
Futbolsevərlərdən isə xahişim odur ki, bu müddət ərzində bu çəkişməni diqqətdə saxlasınlar. Çünki, bu çəkişmə tək AFFA - Aslan İsmayılov çəkişməsi deyil. Mənim timsalımda AFFA bütün futbolsevərlərin səsini kəsməyə çalışır".
Qeyd edək ki, ilk məhkəmə iclası oktyabrın 11-i saat 14.30-da Səbail Rayon Məhkəməsində keçiriləcək. Vəkil bütün futbolsevərləri bu çəkişməyə dəvət edib: "Əvvəlcədən koronavirus pandemiyasına görə hər birinizi sosial məsafə saxlamağa səsləyirəm".
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"