"Qəbələ"nin kapitanı Asif Məmmədov Vətən Müharibəsində şəhid olmuş Abbasov Müşfiq haqda öz sosial şəbəkə hesabında paylaşım edib.
Qol.az xəbər verir ki, o, paylaşımda yazıb:
"Əslində bir neçə dəfə Müşfiq haqda yazmaq istəmişəm, amma hər dəfə düz olub-olmadığını düşünə-düşünə yazmaq vaxtını ötürmüşəm.
İndi isə şəhidliyindən düz bir il sonra yazmalıyam. Sənin aramızda olmadığına inanmaq nə qədər çətin olsa da... Çünki sənin igidliyinə güvənib ətrafına yığışanda da sənin gülləyə tuş gələ biləcəyinə inanmazdıq. Mənə "gəl şəkil çəkdirək, buralarda kimin başına nə gələcəyini bilmək olmaz" deyəndə də, "təcili Vətən üçün ölmək lazımdı" səsli mesajına qulaq asanda da inanmamışdım, öz-özümə "yəqin zarafat eləyir" deyə düşünmüşdüm. Hətta son dəfə posta qalxanda dediyin sözlər indi də qulağımdadır. "Posta qalxmaq bizim üçün, qalxmamaq ordakılar üçün təhlükəlidi" deyib, özün üçün təhlükəli olanı seçməyi, vurulmaq ehtimalının 50 faizdən də çox olmasına baxmayaraq, Vətən üçün hər şeyi gözə almağı öyrəndim o gecə səndən! Posta qalxandan heç yarım saat keçməmiş o əzəmətli cansız bədənini atışmanın altından çıxaranda da inanmırdım belə qəhrəmanın vurulduğuna...
Yenə inanmıram! Hər dəfə məzarını ziyarətə gələndə də, indi ayağa qalxacağını, gülə-gülə "sən də inandın güllənin məni öldürə biləcəyinə" deyəcəyini gözləyirəm... İnanmadım, Müşfiq! Yenə inanmıram, çünki sən ölmədin! Sən həmişə yaşayacaqsan!".
Yuxarı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi