“Təqdimat zamanı jurnalistlər ən çox futboldan soruşdular. Bu da normaldır. Çünki futbol bir nömrədir. Biz də istərdik ki, millimiz Avropa və dünya çempionatında iştirak etsin”.
Qol.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “CBC Sport”da yayımlanan “Təkbətək” verilişində qonaq olarkən deyib.
Nazir bildirib ki, son illərdə yerli klublar – xüsusilə “Qarabağ” və “Neftçi” avrokuboklardakı nəticələri ilə azarkeşləri sevindirir: “Amma istərdik ki, milli komandamız da final mərhələsində iştirak etsin. Bunu AFFA da istəyir. İşlər gedir. Orada da müəyyən çətinliklər var. Əsas məsələ Premyer Liqada komanda sayının azlığıdır. Bu say artmalıdır. Milli assosiasiyada müzakirə etdiyimiz problemlərdən biri də bu oldu. Klublarımızın sayının artması futbolun inkişafında rol oynayacaq. Amma sistemin necə qurulması barədə düşünməli və qərar çıxarmalıyıq. Nazirlik bu işdə AFFA-ya kömək etməyə hazırdır”.
Nazir digər federasiyaların işi ilə bağlı da fikirlərini bölüşüb: “Cənab Prezident düzgün buyurdu ki, Tokio olimpiadasında əsasən təcrübəli idmançılar medal qazandı. O, müharibə vaxtı da bildirmişdi ki, nəyi nə zaman edəcəyini yaxşı bilir. İdmanda da belədir. Artıq ölkə başçısının verdiyi tapşırıqlar üzərində işlərə başlamışıq.
Müəyyən çətinliklər var. Bütün dünyada idman inkişaf edir. Yeniliklərdən geri qalmamalı, onlardan istifadə etməliyik. Yeni olimpiya dövrünə qədəm qoymuşuq. Vaxtımız azdır. Amma digər tərəfdən tələsmək də olmaz. İşləri düzgün planlaşdırmalıyıq. Ümid edirəm ki, bunun öhdəsindən gələcəyik”.
Qayıbovun sözlərinə görə, gənc idmançılarla bağlı da problemlər var: “Uşaq idmanına daha çox fikir verməliyik. Görünür, problemlər oradan da qaynaqlanır. Federasiyalar əsasən milli komandalarla çalışırlar. Amma uşaq məktəblərindən, klublardan da idmançı götürməlidilər. Çatışmazlıqlardan nəticə çıxarmalıyıq”.
Nazir dövlətin maddi-texniki baza problemlərini həll etdiyini vurğulayıb: “İndi mütəxəssislər üzərində işləməliyik. Elə idman növləri var ki, orada legionerlərdən istifadə olunub. Gənclər onlara baxıb öyrənirlər. Bizə bir neçə il vaxt lazımdır. Gələcəkdə ölkəmizdə də yaxşı mütəxəssislər yetişəcək. Bəzi federasiyalar legioner siyasətindən sui-istifadə edirlər. Məsələn, bəzi idmançılar deyirlər ki, milli komandaya düşə bilərdim, amma imkan vermədilər. Bunların hamısı araşdırılacaq”.
Nazir Mariya Stadnik kimi idmançılara legioner kimi baxmadıqlarını söyləyib: “Dörd olimpiadada bizə medal qazandırıb. Belə legionerlərimiz də var. İnanıram ki, onlar gənclərimiz üçün çox yaxşı örnək olacaqlar”.
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"