UEFA erməni bayrağına görə intizam işi açdı

UEFA erməni bayrağına görə intizam işi açdı
XƏBƏR 5 Oktyabr 2021 / 20:44 5115
-  A +

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsində keçirilən "Marsel" - "Qalatasaray" oyununda (0:0) baş vermiş insidentlə bağlı intizam işi açıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, məsələyə oktyabrın 18-də baxılacaq. Yekun qərar isə oktyabrın 22-də açıqlanacaq.

Xatırladaq ki, Fransada keçirilən görüş azarkeşlər arasındakı qalmaqala görə 37-ci dəqiqədə dayandırılıb. Hadisəyə yerli fanatların tribunada Ermənistan bayrağı açması səbəb olub. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atıblar.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner