Azərbaycan - Finlandiya oyununun hakimləri müəyyənləşdi

Azərbaycan - Finlandiya oyununun hakimləri müəyyənləşdi
XƏBƏR 5 Oktyabr 2021 / 13:19 1903
-  A +

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Finlandiya oyununun hakimləri açıqlanıb. 

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu qarşılaşmanı Belarusdan olan hakimlər idarə edəcək.
 
Qarşılaşmanın baş hakimi Viktor Şimuşik olacaq. Ona yan xətt hakimləri Anton Qusevlə Sergey Kosovets kömək edəcək. Dördüncü hakim isə Vitali Sevostyanik olacaq.
 
Qeyd edək ki, oktyabrın 8-də Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək Azərbaycan – Finlandiya oyunu Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner