Güləşçimiz bürünc medal qazandı

Güləşçimiz bürünc medal qazandı
XƏBƏR 4 Oktyabr 2021 / 22:26 1254
-  A +

Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq.) Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Qol.az xəbər verir ki, onun rəqibi Belarus təmsilçisi Omarhacı Məhəmmədov olub. Görüş Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb - 2:0.

Beləliklə, Azərbaycan sərbəst güləş yığması dünya çempionatında ikinci medalını qazanıb. Daha əvvəl Abubakr Abakarov (86 kq) da bürünc medala yiyələnib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner