Güləşçimiz bürünc medal uğrunda yarışacaq

Güləşçimiz bürünc medal uğrunda yarışacaq
XƏBƏR 4 Oktyabr 2021 / 21:27 1065
-  A +

 Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatı davam edir. 

Qol.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (70 kq.) yarımfinal görüşünə çıxıb. O,  Polşa təmsilçisi Məhəmmədmurad Hacıyevlə qarşılaşıb. Rəqibinə 2:4 hesabı ilə uduzan Bayramov bürünc medal uğrunda güləşəcək.

97 kq-dakı İslam İlyasov isə yarışı medalsız başa vurub. Buna onun 1/8 finalda uduzduğu belaruslu Aleksandr Xuştinin finala çıxa bilməməsi səbəb olub. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner