"Mahir Emrelinin qiyməti artacaq"

"Mahir Emrelinin qiyməti artacaq"
XƏBƏR 4 Oktyabr 2021 / 15:15 7262
-  A +

Polşanın "Gransk" portalı "Legiya"da çıxış edən millimizin üzvü Mahir Emrelinin qiyməti ilə bağlı yazıb.

Qol.az xəbər verir ki, portalda 24 yaşlı hücumçunun qiymətinin artacağı vurğulanıb: “Demək olar ki, hər matçda qol vuran azərbaycanlı möhtəşəm hücumçu Mahir Emreli indi 1 milyon avro dəyərində qiymətləndirilir. Ancaq şübhəsiz ki, qiyməti artacaq".

Qeyd edək ki, Mahir “Legiya” ilə 18 oyunda 10 qol vurub.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner