Haaland millinin 2 oyununu buraxacaq

Haaland millinin 2 oyununu buraxacaq
XƏBƏR 4 Oktyabr 2021 / 10:26 1817
-  A +

Norveç millisinin lideri Erlinq Haland yığmadan kənarda qalıb.

Qol.az xəbər verir ki, bunu Haalandın çıxış etdiyi  Dortmund “Borussiya”sının baş məşqçisi Marko Roze açıqlayıb.

O, hücumçunun zədə səbəbindən yığmaya qoşula bilməyəcəyini bildirib.  Forvard DÇ-2022-nin oktyabrda keçiriləcək seçmə oyunlarında iştirak etməyəcək.

Qeyd edək ki, Norveç millisi oktyabrın 8-də Türkiyə, 3 gün sonra Monteneqro ilə qarşılaşacaq.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner