Mourinyodan rekord

Mourinyodan rekord
XƏBƏR 4 Oktyabr 2021 / 09:28 2723
-  A +

"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasında yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. 58 yaşlı mütəxəssis buna 7-ci turda evdə "Empoli" ilə matçda nail olub. Onun komandası 2:0 hesabı ilə qalib gəlib. Nəticədə Mourinyo A Seriyasında ardıcıl 42-ci ev oyununda uduzmayıb. Bu, 1994/1995 mövsümündən sonra mütləq rekorddur.

Qeyd edək ki, Joze Mourinyo 2008 - 2010-cu illərdə "İnter"i çalışdırıb. O, bu yaydan etibarən "Roma"ya baş məşqçilik edir. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner