“Qarabağ”ın rəqibindən inamlı qələbə

“Qarabağ”ın rəqibindən inamlı qələbə
XƏBƏR 3 Oktyabr 2021 / 19:30 4102
-  A +

 Qazaxıstan çempionatında 23-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Kayrat” doğma meydanda “Akjayik”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan inamlı qələbə ilə ayrılıb - 3:1.
 
“Kayrat” bu qələbədən sonra 44 xalla 14 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
 
“Qarabağ”la “Kayrat” qrupda ardıcıl – 3 və 4-cü turlarda qarşılaşacaq. İlk oyun oktyabrın 21-də Bakıda, ikinci oyun noyabrın 4-də Almatıda keçiriləcək.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner