Pike və Busqets mübahisə etdi

Pike və Busqets mübahisə etdi
XƏBƏR 3 Oktyabr 2021 / 11:59 2978
-  A +

"Barselona"nın futbolçuları Jerar Pike və Serxio Busqets mübahisə ediblər. 

Qol.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Sözügedən oyunçular La Liqanın 8-ci turunda "Atletiko" ilə matçda buraxdıqları ilk qoldan sonra bir-birləri ilə yüksək səs tonunda danışıblar. Nəticədə tərəflər arasında mübahisə yaranıb. 

Qeyd edək ki, həmin matç Kataloniya klubunun 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner