Həbib: "Ronaldo daim bu sözlərdən istifadə edir"

Həbib: "Ronaldo daim bu sözlərdən istifadə edir"
XƏBƏR 3 Oktyabr 2021 / 11:34 5184
-  A +

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo haqqında danışıb. 

Qol.az xəbər verir ki, o, müsahibəsində Ronaldo ilə İslam dinini müzakirə edib-etmədiyi haqqında suala belə cavab verib: 

"Ronaldo daim bu sözlərdən istifadə edir: "Salam aleykum", "İnşallah" (gülür). O, İslam dinini başa düşür. Düşünürəm ki, Ronaldo öz inancına sadiqdir. Mən də öz inancıma. İnsanlarla görüşəndə ​​heç vaxt "Hey, sən hansı dinə inanırsan?" - deyə soruşmuram. Bu, yalnış davranışdır. Heç vaxt insanlarla dinləri, inandıqları şeylər haqqında danışmıram. Ona görə də Ronaldo ilə İslam dinini müzakirə etməmişəm". 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner