Mahirin komandası səfərdə uduzdu

Mahirin komandası səfərdə uduzdu
XƏBƏR 3 Oktyabr 2021 / 22:02 9475
-  A +

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" Polşa çempionatında növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, Varşava təmsilçisi 10-cu turda səfərdə Qdansk "Lexiya"sı ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.

Mahir görüşün 46-cı dəqiqəsində meydana daxil olub. "Legiya"nın yeganə qolunu 88-ci dəqiqədə Tomas Pekhart vurub. O, penaltidən fərqlənib. 

Bu nəticədən sonra "Lexiya" 19 xalla turnir cədvəlində  2-ci, digərlərindən 2 oyun az keçirən "Legiya" isə 9 xalla 15-ci pillədədir. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner