Rahid Əmirquliyev mükafatlandırıldı

Rahid Əmirquliyev mükafatlandırıldı
XƏBƏR 2 Oktyabr 2021 / 20:40 2910
-  A +

Ötən tur Azərbaycan çempionatında 422-ci oyununa çıxaraq mütləq rekorda imza atan Rahid Əmirquliyev mükafatlandırılıb. 

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, Premyer Liqanın VI turunun “Səbail” – “Neftçi” görüşündən öncə keçirilən mükafatlandırma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Səbail” PFK-nin Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və klubun icraçı-direktoru Fərəc Əliyev iştirak edib. Futbolçuya PFL-in xatirə hədiyyəsini təqdim edən PFL prezidenti ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Rahid Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner