La Liqada yeni rekord

La Liqada yeni rekord
XƏBƏR 2 Oktyabr 2021 / 14:59 4387
-  A +

"Atletik"in (Bilbao) futbolçusu İnyaki Uilyams La Liqada yeni rekorda imza atıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna 8-ci turda "Alaves"lə görüşdə (1:0) nail olub.  O, sözügedən qarşılaşmada meydana çıxmaqla çempionatda ardıcıl 203-cü matçını keçirib. Bu, isə turnir üçün rekord hesab olunur.

Uilyams 2016-cı ilin aprelindən Bilbao təmsilçisinin La Liqadakı bütün görüşlərində iştirak edir.

Qeyd edək ki, "Atletik"in yetirməsi olan İnyaki Uilyams 2014-cü ildən əsas komandada oynayır.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner