Dibala gələn ilin sonlarınadək...

Dibala gələn ilin sonlarınadək...
XƏBƏR 2 Oktyabr 2021 / 13:29 3825
-  A +

Argentina millisinin və "Yuventus"un futbolçusu Paulo Dibala gələn ilin oktyabr ayınadək yığmaya kömək edə bilməyəcək. 

Qol.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb. Zədəli olan 27 yaşlı hücumçunun adı əvvəlcə millinin DÇ-2022-nin seçmə mərhələsində növbəti 3 matçı üçün iştirak ərizəsinə daxil edilsə də, o, oyunları buraxmalı olacaq. 

Dibala A Seriyasının ötən turunda "Sampdoriya" ilə görüşdə sıradan çıxıb. 

Qeyd edək ki, Argentina yığması oktyabrın 8-i Paraqvay, 11-i Uruqvay, 15-i isə Peru ilə qarşılaşacaq. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner