"Problemli oyunçular yoxdur. Hazırlıq da həmişəki kimi öz qaydasında gedir. Ola bilər ki, oyun zamanı heyətlə bağlıbəzi dəyişikliklərə əl ataq. Bizi ən çox narahat edən amil meydandır. Süni örtük bizə problem yarada bilər. Dəfələrlə bunu şahidi olmuşuq. Həmin meydanda oynayan bütün komandalar bunu təsdiq edər. Heyətdəki bəzi futbolçularda mikrozadələr var ki, bu da normaldır. Bunlar məşqlərdə baş verir. Həkim qərarından sonra onların oynayıb-oynamayacağına qərar veririk".
Qol.az xəbər "Neftçi"nin baş məşqçisi Samir Abasov "ASCO Arena"da "Səbail"ə qarşı keçirəcəkləri Premyer Liqanın VI tur matçı barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
O, ölkəsinə getdiyi üçün bir müddət komandadan ayrı qalan Harramiz Soares artıq komanda ilə məşq edir və oynamağa hazırdır.
Abasov yeni transferlərdən Xorxe Korreanın da fiziki durumunun yaxşı olduğunu söyləyib: "Ondan başqa, digər yeni transferlərimiz "Neftçi"nin heyətində meydana çıxıb. Amma Korreanın məsələsini müzakirə etməliyik. Bəzi futbolçuların fiziki durumunu oyunlarla düzəltmək istəyirik. Lakin onun süni örtükdə oynaması təhlükəlidir. Oyunun gedişinə görə qərar verəcəyik".
Baş məşqçi baxışda olan seneqallı futbolçular - dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi Dyedyu Usman barədə da fikirlərini bildirib: "Onlar gündən-günə xoş təəssürat yaradırlar. Görünən odur ki, qablarında var, perspektivli oyunçulardır. Həmin futbolçuları milli komandaların oyunları ilə əlaqədar fasilə müddətində yoxlama oyunlarında sınamaq fikrimiz var. Hələ bizimlədirlər, tələsmirlər. Gələcəkdə bizə xeyir verə bilərlərmi? Bu suala biz cavab tapmağa çalışırıq.".
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir