“Bilmirəm, ikinci hissədə bizə nə oldu” – “Qarabağ”a qol vuran oyunçu

“Bilmirəm, ikinci hissədə bizə nə oldu” – “Qarabağ”a qol vuran oyunçu
XƏBƏR 1 Oktyabr 2021 / 12:51 5190
-  A +

“Biz oyuna yaxşı başlamışdıq. Amma ikinci hissədə rəqib gözəl qolla hesabı bərabərləşdirdi. Bilmirəm, ikinci hissədə bizə nə oldu”.

Qol.az Kipr mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Omoniya”nın yarımmüdafiəçisi Yan Letsyaks bildirib.

Konfrans Liqasının ikinci turunun “Qarabağ”a qarşı matçında (1:4) Letsyaks komandasının yeganə qolunun müəllifi olub. 

“Qol vurmağıma baxmayaraq, biz uduzduq. Ona görə də sevinmirəm. Son iki qolu ümumiyyətlə buraxmalı deyildik. İki turdan sonra bizim cəmi 1 xalımız var. İndi “Bazel”lə iki oyunda maksimum xal toplamalıyıq. Pis və yaxşı günlər olur. Biz hamımız bu vəziyyətdən çıxmalıyıq. Bu gün bəxtimiz gətirmədi”.
 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner