Saqqızı ağzından çıxarıb, Sulşerə atdı - Video

Saqqızı ağzından çıxarıb, Sulşerə atdı - Video
XƏBƏR 30 Sentyabr 2021 / 16:54 5130
-  A +

“Mançester Yunayted”in futbolçusu Van de Beek ötən gün Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Vilyarreal”la matçda (2:1) oynamamasına etiraz edib.  

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüşə ehtiyat oyunçular skamyasından başlayan 24 yaşlı yarımmüdafiəçi sonradan meydana daxil olacağını düşünsə də, bu, belə olmayıb. Futbolçu meydana özünün yox, komanda yoldaşı Fredin daxil olacağını görəndə əsəbiləşib. O, ağzındakı saqqızı çıxararaq baş məşqçi Ole Qunnar Sulşerin dayandığı tərəfə atıb. “Mançester Yunayted”in digər futbolçuları Din Henderson və Erik Bayi niderlandı oyunçunu sakitləşdirməyə çalışıblar. 

Qeyd edək ki, ötən ildən “qırmızı şeytanlar”da çıxış edən Van de Beek bu mövsüm Premyer Liqada cəmi 6 dəqiqə meydanda olub.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner