İrlandiyanın millimizlə oyun üçün heyəti açıqlandı

İrlandiyanın millimizlə oyun üçün heyəti açıqlandı
XƏBƏR 30 Sentyabr 2021 / 16:21 1933
-  A +

İrlandiya yığmasının DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyun, eyni zamanda Qətərlə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.

Qol.az İrlandiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Stiven Kenni 26 futbolçuya dəvət göndərib.

Qapıçılar: Qavin Bazunu ("Mançester Siti"), Kuivin Kelleher ("Liverpul"), Mark Travers ("Bornmut")

Müdafiəçilər: Mett Doerti ("Tottenhem"), Sayrus Kristi ("Fulhem"), Şeyn Daffi ("Brayton"), Con İqan ("Şeffild Yunayted"), Enda Stivens ("Şeffild Yunayted"), Ceyms Makkleyn ("Uiqan"), Rayan Manninq ("Suonsi"), Andryu Omobamidele ("Norviç"), Natan Kollins ("Bernli")

Yarımmüdafiəçilər: Konor Hurihan ("Aston Villa"), Coş Kallen ("Anderlext"), Ceff Hendrik ("Nyukasl"), Ceyson Nayt ("Derbi Kaunti"), Cemi Makqrat ("Sent-Mirren"), Harri Arter ("Nottingem Forest") 

Hücumçular: Kallum Robinson ("Vest Bromviç"), Aaron Konnolli ("Brayton"), Ceyms Kollins ("Kardiff"), Daril Horqan ("Uikom Uonderers"), Adam Ayda ("Norviç"), Troy Parrott ("Tottenhem"), Çidozi Oqbene ("Roterhem Yunayted")

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner