De Byazi "Beşiktaş"ın futbolçusunu əsas millimizə çağıra bilər

De Byazi "Beşiktaş"ın futbolçusunu əsas millimizə çağıra bilər
XƏBƏR 30 Sentyabr 2021 / 14:38 3716
-  A +

"Beşiktaş"da çıxış edən 19 yaşadək futbolçulardan ibarət millimizin üzvü Berkay Vardar əsas yığmamıza çağırıla bilər.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi 18 yaşlı yarımmüdafiəçini yığmamıza dəvət etməyə hazırlaşır.

Qeyd edək ki, B.Vardar "Beşiktaş"la Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Ayaks"la matçda (0:2) 73-cü dəqiqədə meydana daxil olub. Bununla da, o, həm ÇL-də, həm "Beşiktaş"ın əsas komandasında debüt edib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner