Millimiz ilə oyuna ciddi itkilərlə çıxacaqlar

Millimiz ilə oyuna ciddi itkilərlə çıxacaqlar
XƏBƏR 30 Sentyabr 2021 / 13:58 1510
-  A +

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya yığması komandamızla matça ciddi itkilərlə çıxacaq.

Qol.az independent.ie-ya istinadən xəbər verir ki, millinin üzvlərindən Dara O`Şi sıradan çıxıb.  22 yaşlı müdafiəçi yığmanın növbəti matçını buraxacaq.  Həmçinin Ceyson Molumbi və Alan Braun cəza, kapitan Şeymus Koulman da zədə səbəbindən görüşdə iştirak edə bilməyəcəklər.
 
Bunan əlavə, Mett Doherti, Ceff Hendrik və Adam İdahın Azərbaycan millisi ilə qarşılaşmada oynayıb-oynamayacağı məlum deyil.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da start götürəcək.
 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner