“Mahir “Lester”in müdafiəsi üçün ciddi təhlükə ola bilər” – Rayan Xabbard

“Mahir “Lester”in müdafiəsi üçün ciddi təhlükə ola bilər” – Rayan Xabbard
XƏBƏR 30 Sentyabr 2021 / 12:54 5928
-  A +

“Legiya”nın yeni hücumşusu Mahir Emreli “Lester”lə görüşdə komandasının əsas ümidlərindən biri olacaq. Azərbaycan millisinin futbolçusu olan bu futbolçu yayda “Qarabağ”dan transfer edilib”.

Qol.az-ın xəbərinə görə, bu sözləri polşalı futbol eksperti Rayan Xabbard ingilis klubunun telekanalına verdiyi müsahibədə bildirib.

Bu gün Avropa Liqasının 2-ci turunda “Legiya” Varşavada “Lester”i qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20.45-də başlanacaq. 

Rayan Xabbard bildirib ki, Emreli “Legiya”da artıq bir neçə qol vurub: “O, son dəfə ötən həftəsonu fərqlənib. Bu, ağlasızmaz bir qol idi. O, çox yaxşı hücumçudur və güclü sol ayağı var. Mahir “Lester”in müdafiəsi üçün ciddi təhlükə ola bilər” – deyə ekspert bildirib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner