"Qrup ikincisi olmaq istəyiriksə, "Qarabağ"a qalib gəlməliyik"

"Qrup ikincisi olmaq istəyiriksə, "Qarabağ"a qalib gəlməliyik"
XƏBƏR 30 Sentyabr 2021 / 12:47 2359
-  A +

"Qələbədən başqa hansısa nəticə bizim üçün müsbət sayılmayacaq. "Omoniya" evdə oynayır. "Qarabağ" və "Kayrat"a evdə qalib gəlməsək, ugur qazana bilməyəcəyik".

Qol.az Kipr mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Omoniya"nın sabiq futbolçusu Andreas Giatru Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la bugünkü oyun öncəsi deyib.

O, Ağdam təmsilçisi ilə matçın həlledici görüşlərdən biri olduğunu vurğulayıb: "Ən azı qrup ikinci olmaq istəyiriksə, "Qarabağ"ı məğlub etməliyik. Qələbə qazansaq, daha böyük hədəflərdən danışa bilərik".

Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner