Levandovskidən tarixi uğur

Levandovskidən tarixi uğur
XƏBƏR 30 Sentyabr 2021 / 11:38 2046
-  A +

“Bavariya”nın futbolçusu Robert Levandovski Çempionlar Liqasında tarixi uğura imza atıb. 

Qol.az “Opta”ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna ötən gün qrup mərhələsinin 2-ci turunda Kiyev “Dinamo”su ilə matçda iştirak etməklə nail olub. O, Münhen təmsilçisinin rəqibini 5:0 hesabı ilə darmadağın etdiyi görüşdə oynamaqla Çempionlar Liqasında ardıcıl 18 matçda qalib gələn ilk futbolçu kimi tarixə düşüb. 

Qeyd edək ki, Levandovski sözügedən oyunda 12 və 27-ci dəqiqələrdə fərqlənərək dubl edib. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner