Azərbaycan idmançısına 8 illik cəza

Azərbaycan idmançısına 8 illik cəza
XƏBƏR 30 Sentyabr 2021 / 09:35 2217
-  A +

Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəzası bəlli olub.

Qol.az  Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) rəsmi saytına istinadən xəbər verir ki, dopinq-testi müsbət nəticə vermiş bolqarıstanlı legioner 8 illik müddətinə yarışlardan diskvalifikasiya edilib. Orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılan idmançının cəza müddəti 2021-ci il mayın 10-dan hesablanır.

Qeyd edək ki, Boyanka Kostova bu il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb və karyerasında dördüncü Avropa çempionu olub. O, həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner