"Məqsədimiz yaxşı oyun göstərməkdir" - Kevin Medina

"Məqsədimiz yaxşı oyun göstərməkdir" - Kevin Medina
XƏBƏR 29 Sentyabr 2021 / 21:54 3774
-  A +

“Çətin oyun olacaq. Uzun yol qət etmişik. Məqsədimiz yaxşı oyun göstərməkdir. Komandamızın sabah ən yaxşı oyunlarından birini göstərəcəyinə inanıram. Ümid edirəm ki, hər şey bizim üçün uğurlu alınacaq".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kevin Medina Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Omoniya" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Öz oyunumda yüksəliş olduğunu hiss edirəm. Bəlkə də bunun səbəbi adaptasiyadır. Ötən mövsümdəki səhvləri kənara qoysaq, daha pozitiv amilləri götürdüm. Artıq özümü daha güvənli və yaxşı hiss edirəm" - deyə o bildirib.
 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner