"Qarabağ"la oyun kritik deyil"

"Qarabağ"la oyun kritik deyil"
XƏBƏR 29 Sentyabr 2021 / 20:50 4936
-  A +

"Qarabağ"la oyun vacibdir, amma kritik olduğunu deməzdim. Buna baxmayaraq, yaxşı nəticə əldə etmək istəyirik".

Qol.az xəbər verir ki, bu sözləri Kipr "Omoniya"sının kapitanı Xordi Qomes Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la oyun öncəsi deyib.

O, tələblərin əvvəlki iki mövsümdən sonra daha yüksək olduğunu bildirib: "Uğurlar artdıqca tələblərin böyüməsi normaldır. Liqada cəmi üç oyun keçirdik və sonra qrup oyununa çıxdıq.  Komandamıza güvənirəm".

Qeyd edək ki, sabah Nikosiyadakı GSP stadionunda keçiriləcək "Omoniya" – "Qarabağ" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner