"Qarabağ"a qalib gəlsək, pley-off-a vəsiqəni təmin edəcəyik"

"Qarabağ"a qalib gəlsək, pley-off-a vəsiqəni təmin edəcəyik"
XƏBƏR 29 Sentyabr 2021 / 16:27 4402
-  A +

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya”nın (Kipr) veteran futbolçusu Andreas Kanaris komandanın Ağdam təmsilçisi ilə keçirəcəyi matç barədə danışıb: 

Qol.az xəbər verir ki,  71 yaşlı mütəxəssis Kipr mətbuatına açıqlamasında deyib:

“Omoniya”da işlər bir az çətindir. Komanda çempionatın startında yaxşı çıxış etmədi, geriləmə var.  Heyətdə çox zədəli var. Ancaq inanıram ki, onlar tezliklə sağalacaq. Konfrans Liqasında “Kayrat”a qarşı daha yaxşı çıxış etmək olardı. Heç-heçə də yaxşı nəticədir. Sabah “Qarabağ”ı məğlub etməliyik. Bu baş versə, “Omoniya” növbəti mərhələyə vəsiqəni 70-80 faiz təmin edəcək”.

Qeyd edək ki, sabah keçiriləcək "Omoniya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner