"Ona aşiqəm" - Qvardiola

"Ona aşiqəm" - Qvardiola
XƏBƏR 29 Sentyabr 2021 / 15:21 4687
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mrəhələsinin 2-ci turunda PSJ ilə matçdan sonra rəqibin futbolçuları haqqında fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, 50 yaşlı mütəxəssis açıqlamasında Neymar, Kilian Mbappe, Lionel Messi və Marko Verattini xüsusi fərqləndirib: 

"PSJ-nin futbolçuları möhtəşəmdir. Xüsusən də Neymar, Messi, Mbappe. Onlar "Barselona"dakı Suares, Neymar, Messi 3-lüyü kimidirlər. Bu cür oyunçulara sahib olan çox az komanda var. PSJ-nin futbolçularını nəzarətdə saxlamaq çox çətindir. Marko Verattiyə isə aşiqəm. Onun ötürmələri əladır". 

Qeyd edək ki, PSJ - "Mançester Siti" görüşü Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner