İspan futbolçu Mahir haqda nə dedi?

İspan futbolçu Mahir haqda nə dedi?
XƏBƏR 29 Sentyabr 2021 / 11:39 5756
-  A +

Polşanın “Rakuv” komandasının futbolçusu İvi Lopes millimizin futbolçusu Mahir Emreli barədə fikirlərini açıqlayıb.

Ötən həftə “Rakuv” ölkə çempionatında Mahirin komandası “Legiya”ya 3:2 hesabı ilə qalib gəlib. Bu matçda Varşava klubunun qollarından birini Mahir vurub.

Qol.az Polşanın “sport” saytına istinadən yazır ki, ispaniyalı yarımmüdafiəçi Lopes “Legiya”nın oyunçularına həsəd apardığını deyib: 

“Hər bir futbolçu Çempionlar Liqası və Avroliqada oynamaq istəyər. Çünki orada ən yaxşılarla yarışmaq imkanın olur. “Legiya”ya bu həftə “Lester”lə matçda və qrupun bütün görüşlərində uğurlar arzulayıram. “Legiya”da Mahir Emreli yüksək məhsuldarlığı ilə seçilir. O, çox fəaldır, meydanın hər yerində və daim hərəkətdədir. Bu, mənim diqqətimi çəkir”.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner