"Qarabağ"la matç öncəsi narahatlıq

"Qarabağ"la matç öncəsi narahatlıq
XƏBƏR 29 Sentyabr 2021 / 11:25 5393
-  A +

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Omoniya" (Kipr) Ağdam təmsilçisi ilə matç öncəsi heyətdəki problemlərə görə narahatdır. 

Qol.az xəbər verir ki, bu barədə Kiprin "Goal.philenews" nəşri məlumat yayıb. Baş məşqçi Henninq Berq Nikosiya təmsilçisinin aparıcı  futbolçularının zədəli olmasından şikayətlənir. Miks Diskerud və vitse-kapitan Yannis Kusulosun meydana çıxmayacağı dəqiqdir. Digər oyunçu Erik Boteakın oyunda iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil. Fransalı yarımmüdafiəçi ilə bağlı qərar oyun günü - sabah veriləcək.

Qeyd edək ki, sentyabrın 30-da GSP stadionunda keçiriləcək "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner