Millimizin üzvü Çempionlar Liqasında debüt etdi

Millimizin üzvü Çempionlar Liqasında debüt etdi
XƏBƏR 29 Sentyabr 2021 / 00:05 5801
-  A +

"Beşiktaş"da çıxış edən U-19 millimizin futbolçusu Berkay  Vardar "qara qartallar"ın əsas komandası ilə ilk oyuna çıxıb.

Qol.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən "Ayaks"la matçda (0:2) iştirak edib. 18 yaşlı yarımmüdafiəçi 73-cü dəqiqədə Umut Meraşın əvəzinə meydana daxil olub. 

Bununla da o həm "Beşiktaş"ın əsas komandasında, həm də ÇL-də debüt edib.

Qeyd edək ki, sözügedən görüşdə "Beşiktaş"ın 11 futbolçusu zədə səbəbindən heyətdə yer almayıb. Bu səbəbdən baş məşqçi Sergen Yalçın gənc oyunçulara şans verib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner