"Roma"dan ayrıldı, Qətər klubuna keçdi

"Roma"dan ayrıldı, Qətər klubuna keçdi
XƏBƏR 28 Sentyabr 2021 / 21:53 1990
-  A +

Fransa yığmasının sabiq yarımmüdafiəçisi Stiven Nzonzi Qətərdə çıxış edəcək.

Qol.az xəbər verir ki, "Roma"dan ayrılan 32 yaşlı  bu ölkənin “Əl-Rayyan” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, Nzonzi 2018-ci ildən “Roma”da çıxış edirdi.  Komandada möhkəmlənə bilməyən fransız futbolçu 2019/20 mövsümündə “Qalatasaray”da, ötən mövsüm isə “Renn”də icarə əsasında oynayıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner