“Liverpul”un dünya çempionu olan futbolçusu vəfat etdi

“Liverpul”un dünya çempionu olan futbolçusu vəfat etdi
XƏBƏR 28 Sentyabr 2021 / 16:48 1899
-  A +

“Liverpul”un əfsanəvi futbolçusu Rocer Hant dünyasını dəyişib. 

Qol.az xəbər verir ki, bu barədə “mersisaydlılar”ın mətbuat xidməti məlumat yayıb. İngiltərə millisinin heyətində 1966-cı ildə dünya çempionu da olmuş Rocer Hantın 83 yaşında vəfat etdiyi bildirilib. Klub mərhumun yaxınlarına baş sağlığı verib və səbr diləyib. 

Qeyd edək ki, Hant 1958-69-cu illərdə “Liverpul”da oynayıb. O, bu müddət ərzində 339 matçda 189 qol vurub və 25 qolun ötürməsini verib. Hant İngiltərə millisində keçirdiyi 34 görüşdə 18 qola imza atıb. 
 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner