Ronaldonu Yuli Sezara bənzətdi

Ronaldonu Yuli Sezara bənzətdi
XƏBƏR 28 Sentyabr 2021 / 14:26 1738
-  A +

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Fergüsson Kriştiano Ronaldonun “qırmızı şeytanlar”a qayıtması haqqında danışıb.
 
Qol.az xəbər verir ki,  o, Britaniya mətbuatına açıqlamasında 36 yaşlı hücumçunu Yuli Sezara bənzədib: 

“Ronaldonun “Old Trafford”a qayıdışı Sezarın Romanı fəth etməsi kimi idi. O, fantastik oyunçudur. Bu, “Mançester Yunayted” azarkeşləri üçün gözəl an idi. Ronaldo futbol tarixinin ən yaxşısı olmaq üçün özünü fəda edib”. 

Qeyd edək ki, Ronaldo 2003-2016-cı illərdə məhz Fergüssonun baş məşqçiliyi altında “qırmızı şeytanlar”da oynayıb. O, ötən ay bu klubla 2+1 illik müqavilə imzalayıb.
 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner