Elnur Əşrəfoğlunun anası Mehriban Əliyevaya müraciət etdi

Elnur Əşrəfoğlunun anası Mehriban Əliyevaya müraciət etdi
XƏBƏR 28 Sentyabr 2021 / 10:34 1812
-  A +

Koronavirusa yoluxan və hazırda komanda olan tanınmış jurnalist Elnur Əşrəfoğlunun anası Zöhrə Hüseynova  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Qol.az xəbər verir ki, o, müraciətdə oğlunun müalicəsini M.Əliyevanın öz diqqət və  nəzarətinə götürməsini xahiş edib:

"Çox hörmətli, Mehriban xanım!

Oğlum - Azərbaycanın tanınmış jurnalisti və teleşərhçisi, 25 ilə yaxın televiziyada çalışmış, Azərbaycan Olimpiya Hərəkatının, idman ailəsinin uğurlarını daim təbliğ etmiş Şükürov Elnur Əşrəf oğlu hazırda ağır xəstədir. 2021-ci il sentyabrın 2-də koronavirus infeksiyasına yoluxan oğlumun vəziyyəti ağırlaşdığından ayın 9-da o müalicə üçün "Yeni Klinika"ya yerləşdirilmişdir. Lakin həkimlərin bütün diqqət və qayğısına, Elnuru həyata qaytarmaq üçün etdikləri cəhdlərə baxmayaraq övladımın vəziyyətində irəliləyiş olmamış, əksinə, sentyabrın 19-da koma vəziyyətinə düşmüşdür. Hazırda övladıma həyatda qalması üçün EKMO aparatı vasitəsilə dəstək verilir. Elnurun bir böyrəyi 10 il əvvəl ağır xəstəlik səbəbindən götürüldüyündən hazırkı durumda oğlumun səhhəti üçün əlavə problem yaradıb. 

Əziz Mehriban xanım! 

Bir ana olaraq, Sizə son ümid işığım kimi müraciət edirəm: Xahiş edirəm, övladımın müalicəsini öz diqqət və  nəzarətinizə götürəsiniz. Bizim ailə üçün, Elnurun 2 azyaşlı övladı üçün son dərəcə kritik bu məqamda ümidimiz göydə Allaha, yerdə Sizin şəfqət və  mərhəmətinizədir".


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner