"Yuventus" "Çelsi" ilə oyuna ciddi itkilərlə çıxacaq

"Yuventus" "Çelsi" ilə oyuna ciddi itkilərlə çıxacaq
XƏBƏR 27 Sentyabr 2021 / 17:11 1602
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Çelsi" ilə qarşılaşacaq "Yuventus" görüşə ciddi itkilərlə çıxacaq.

Qol.az xəbər verir ki, Turin təmsilçisində Paulo Dibala və Alvaro Morata zədə səbəbindən bu oyunu buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri məlumat verib. O, futbolçuların oktyabrın 2-də A seriyasında "Torino" ilə matçda da iştirak etməyəcəyini deyib.

Sentyabrın 29-da keçiriləcək "Yuventus" - "Çelsi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner