“PSJ Playstationdakı komandalara bənzəyir"

“PSJ Playstationdakı komandalara bənzəyir"
XƏBƏR 27 Sentyabr 2021 / 15:42 2254
-  A +

“Yuventus”un kapitanı Corco Kyellini Fransanın PSJ klubu ilə bağlı maraqlı fikirlər səsləndirib.

Qol.az xəbər verir ki, italiyalı müdafiəçisi “L'Equipe”ə açıqlamasında Paris təmsilçisini Playstation komandasına bənzədib:

“PSJ Playstationdakı komandalara bənzəyir, yenilməz komandaya. Əgər meydanda və meydandan kənardakı davranışları düzgün olsa, komandanın maraqlarını şəxsi maraqlarından üstün tutsalar, onları məğlub etmək mümkün olmayacaq”. 

Xatırladaq ki, PSJ yay fasiləsində heyətinə Lionel Messi, Serxio Ramos, Jorjinyo Veynaldum, Əşrəf Hakimi kimi futbolçuları cəlb edib. Komanda yeni mövsümündə keçirdiyi 8 oyunun hamısında qalib gəlib.
 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner