Renat Dadaşov qol vurdu, babasının ölüm xəbərini aldı

Renat Dadaşov qol vurdu, babasının ölüm xəbərini aldı
XƏBƏR 27 Sentyabr 2021 / 11:14 3134
-  A +

Azərbaycan millisinin üzvü Renat Dadaşovun babası vəfat edib.

Qol.az xəbər verir ki, gənc hücumçu bununla bağlı İnstaqram səhifəsində paylaşım edib.

Portuqaliyanın “Tondela” klubunda çıxış edən Dadaşov ölkə çempionatının 7-ci turunda “Famalikao” ilə qarşılaşmadan sonra babasının öldüyünü bilib. 84-cü dəqiqədə qol vuraraq komandasına 3:2 hesablı qələbə qazandıran forvardın sevinci çox çəkməyib. O, paltardəyişmə otağında üzücü xəbəri alıb.

Renat “Oyundan sonra matçlarımı bir daha canlı olaraq izləyə bilməyəcəyin mesajlarını aldım. Hər şey sənin üçün idi, baba. Kaş bunu görə biləydin, amma əminəm ki, görürsən. Səndən ötrü darıxıram, dincəl. Səni sevirəm”.
 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner