Daha bir məşhur futbolçu karyerasını bitirdi

Daha bir məşhur futbolçu karyerasını bitirdi
XƏBƏR 26 Sentyabr 2021 / 17:12 3716
-  A +

Fransa milli komandasının sabiq futbolçusu Samir Nəsri karyerasını başa vurub.

Qol.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bu barədə "RMC Sport"a özü açıqlama verib. O, ilyarımlıq ədalətsiz dopinq cəzasının da qərarına təsir göstərdiyini bildirib. 

Qeyd edək ki, Samir Nəsri "Marsel",  "Arsenal", "Mançester Siti", "Vest Hem",  "Sevilya", "Antalyaspor" kimi klublarda oynayıb. Onun son klubu isə Belçika "Anderlext"i olub.

Xatırladaq ki, Nəsri hələ “Sevilya”da çıxış edərkən ondan dopinq testi götürülb və qanından qadağan olunmuş preparat aşkarlanıb. Buna görə də o, 18 aylıq futboldan uzaqlaşdırılıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner