İlin sonuna qədər klubsuz qalacaq

İlin sonuna qədər klubsuz qalacaq
XƏBƏR 25 Sentyabr 2021 / 14:59 1799
-  A +

“Barselona” və “Yuventus”un sabiq futbolçusu Dani Alveş 2021-ci ilin sonuna qədər heç bir klubda oynamayacaq.

Qol.az xəbər verir ki, bu barədə 38 yaşlı hücumçu özü açıqlama verib:

“İlin sonuna qədər heç bir klubla müqavilə bağlamamaq qərarına gəldim. Uşaqlıq arzumu gerçəkləşdirmək üçün Braziliyaya gəldim və bunu da etdim”.

Qeyd edək ki, Dani  Alveşi hazırda adı açıqlanmayan 4 klub heyətinə qatmaq istəyir. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner