Çalhanoğlu: "İnter" əsas favoritdir"

Çalhanoğlu: "İnter" əsas favoritdir"
XƏBƏR 25 Sentyabr 2021 / 12:27 1757
-  A +

Türkiyə millisinin və "İnter"in futbolçusu Hakan Çalhanoğlu Milan təmsilçisinin hazırkı durumu və hədəfləri barədə danışıb. 

Qol.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Football İtalia"ya açıqlamasında deyib: 

"Bu mövsüm bir çox komanda sona qədər çempionluq uğrunda mübarizə aparacaq. "Roma" və "Napoli" mövsümə yaxşı başlamışdı. Amma "Atalanta" da birincilik üçün mübarizə aparır. "İnter" hazırda əsas favoritdir". 

Qeyd edək ki, "İnter" hazırda turnir cədvəlində 13 xalla 2-cidir. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner