Araz oynadı, komandası xal qazandı

Araz oynadı, komandası xal qazandı
XƏBƏR 25 Sentyabr 2021 / 09:49 2696
-  A +

Kipr çempionatında 4-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin də çıxış etdiyi “Etnikos” səfərdə “Doxa” ilə qarşılaşıb. Arazın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Abdullayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 50-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Etnikos” hazırda 1 xalla 12 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner