"Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim" - Keysuke Honda

"Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim" - Keysuke Honda
XƏBƏR 24 Sentyabr 2021 / 18:51 2800
-  A +

Litva "Suduva"sına keçən yaponiyalı futbolçu Keysuke Honda "Neftçi"dən ayrılmasının səbəbləri haqda danışıb.

Qol.az xarici KİV-lətə istinadən xəbər verir ki, o, keçirilən mətbuat konfransında bununla bağlı deyib:

"Klubda mənə müqavilə imzalamağı təklif etdilər. Amma mən həmişə yeni çağırışlar axtarıram. Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim. Ancaq mən beləyəm, yeni çağırış istəyirəm. Ona görə buradayam. Rusiya, Niderland, Meksika və müxtəlif yerlərdən təkliflər almışdım".

Qeyd edək ki, Honda  ötən mövsümün sonunda "Neftçi"dən ayrılıb. O, Bakı klubunun heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner