"Qarabağ"ın rəqibinin 2 futbolçusu koronavirusa yoluxdu

"Qarabağ"ın rəqibinin 2 futbolçusu koronavirusa yoluxdu
XƏBƏR 24 Sentyabr 2021 / 17:18 2034
-  A +

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Qazaxıstan “Kayrat” klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb.

Qol.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Almatı təmsilçisinin yarımmüdafiəçiləri Andrey Ulşin və Arsen Burançiyevin koronavirus testi müsbət çıxıb.

“Kayrat” H qrupunda “Qarabağ”, “Omoniya” (Kipr) və “Bazel”lə (İsveçrə) mübarizə aparır. Almatı təmsilçisi qrupun ilk oyununda evdə Kiprin “Omoniya” komandası ilə bərabərə qalıb – 0:0.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner