Mbappe İbrahimoviçin rekordunu təkrarladı

Mbappe İbrahimoviçin rekordunu təkrarladı
XƏBƏR 24 Sentyabr 2021 / 13:04 2197
-  A +

   
Fransa Liqa 1-də sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Qol.az xəbər verir ki, bu, PSJ-nin hücumçusu Kilian Mbappedir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mbappe 5-ci dəfə Fransada ayın oyunçusu seçilib.

21 yaşlı hücumçu bu göstəricidə isveçli futbolçu Zlatan İbrahimoviçin rekorduna şərik olub. Hazırda “Milan”da çıxış edən İbrahimoviç PSJ ilə Fransada 5 dəfə ayın oyunçusu mükafatını qazanmışdı.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner